-
İxtiralar, onların dövlət qeydiyyatı, eləcə də müəlliflik hüquqları sahəsində dövlət rüsumları, ödənilməli olan dövlət rüsumlarının məbləği və müəllif hüquqlarının qeydiyyatı qaydaları, həmçinin qarşılaşa biləcəyiniz cərimlər haqqında məlumatları toplamışıq.
Müəlliflik hüquqları üçün ödənməli olan qonorarların məbləği, cərimələrlə solda, rüsumlarla sağda tanış ola bilərsən.
DÖVLƏT RÜSUMLARI
| Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
| 18.11. Apellyasiya şurasına etirazla müraciət edilməsi: | |
| 18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı | 10 manat |
| 18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı | 6 manat |
| 18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı | 40 manat |
| 18.12. Ötürülmüş müddətlərin bərpası: | |
| 18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün | 20 manat |
| 18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün | 25 manat |
| 18.13. Sənaye mülkiyyəti obyektinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı: | |
| 18.13.1. ixtira üçün | 10 manat |
| 18.13.2. faydalı model üçün | 7 manat |
| 18.13.3. sənaye nümunəsi üçün | 7 manat |
| 18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün | 1 manat |
| 18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün | 7 manat |
|
İxtiralar və onların dövlət qeydiyyatı zamanı tələb olunan bütün rüsumlərın məbləğini buradan götür. Rüsumları həm də çap edə bilərsən. | |
BAŞQA DÖVLƏT İDARƏLƏRİNDƏ ÜZLƏŞƏ BİLƏCƏYİNİZ XİDMƏT TARİFLƏRİ
Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsində ödənişlərin siyahısı.
Əmtəə nişanının qeydə alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası
Coğrafi göstəricinin qeydə alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası
Faydalı modelə patent alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası
İxtiraya patent alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası
Sənaye nümunəsinə patent alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası