Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib


 Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanıb
Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində adam oğruluğu ilə məşğul olan Çin vətəndaşları saxlanılıb.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Ci Fonq Pinq və Hu Ye noyabrın 13-də həmyerliləri Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən oğurlayaraq Bakı şəhərinə gətiriblər. Bakıda 2 gün saxladıqdan sonra Liu Genyongun arvadı Huonq Suzhendən 22 min ABŞ dolları alıb, onları azad ediblər.

Təqsirləndirilənlər elə Liu Genyongun ərizəsi əsasında tutulublar.

Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanıb.

Bundan əvvəl də Azərbaycanda Çin vətəndaşını girov götürməkdə təqsirləndirilən daha bir mütəşəkkil cinayətkar dəstə ifşa olunmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG