Bu gün səhər Bakının Nizami rayonunda ikimərtəbəli ev çöküb.
Hadisə Məmmədəli Şərifli küçəsi ilə Azər Manaflı küçəsinin kəsişməsində baş verib.
Divarların çatladığını görən ev sahibi dərhal Fövqəladə Hallar Nazirliyinə zəng vurub.
Araşdırma zamanı məlum olub ki, ev kanalizasiya quyusunun üstündə tikilib və buna görə də çökmə baş verib.
Ev sahibinin ANS PRESS əməkdaşına verdiyi məlumata görə, mənzili 1991-ci ildə alıb və ona evin kanalizasiya quyusunun üstündə tikilməsi barədə məlumat verilməyib.