Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:34

Jurnalistin qətlinə görə vilayətin polis rəisi işini çıxarıldı


Jurnalistin qətlə yetirilməsinə görə yanvarın 22-də Tomsk vilayətinin polis rəisi general Viktor Qreçman vəzifəsindən azad edilib.

Jurnalist Konstantin Popovu 26 yaşlı polis əməkdaşı Aleksey Mitayev həbs edib döyəndən sonra o, yanvarın 4-dən komada idi. Yanvarın 20-də isə 47 yaşlı jurnalist keçinib. M

əhkəmə bu hadisədə polisi günahkar bilsə, onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu hadisədən sonra daha üç polis zabiti istefaya göndərilib.
XS
SM
MD
LG