Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:40

Azərbaycanın Rusiyaya satdığı qazın həcmini artırması nədən xəbər verir?


Azərbaycan «Qazprom»a 2010-cu ildə 1 milyard, 2011-ci ildə isə 2 milyard kubmetr təbii qaz satacaq
Azərbaycan «Qazprom»a 2010-cu ildə 1 milyard, 2011-ci ildə isə 2 milyard kubmetr təbii qaz satacaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiya «Qazprom»una 2010-cu ildə 1 milyard, 2011-ci ildə isə 2 milyard kubmetr təbii qaz satacaq. Bu haqda razılaşma «Qazprom»un rəhbəri Aleksey Millerlə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin yanvarın 21-də Moskvada keçirilən işgüzar görüşündə əldə olunub.

Ötən ilin yanvarında əldə olunan sazişə görə, Azərbaycan «Qazprom»a 500 milyon kubmetr qaz verməli idi. Ancaq ötən il boyu Rusiya Azərbaycana daha böyük həcmdə qaz almağa hazır olduğunu bildirmişdi.

SAZİŞDƏ TƏBİİ QAZIN YUXARI HƏCMİ GÖSTƏRİLMƏMİŞDİ


Bu sözləri deyən ARDNŞ-in sözçüsü Nizaməddin Quliyev bildirir ki, 2009-cu ildə imzalanan sazişdə təbii qazın yuxarı həcmi göstərilməmişdi:

- Orada bildirilir ki, Azərbaycan tərəf Rusiya tərəfi xəbərdar edəndən sonra istənilən qədər qaz verə bilər. Azərbaycanın təbii qaz ehtiyatı imkan verdiyinə görə, biz Rusiyaya bu il 1, gələn il üçün isə 2 milyard kubmetr təklif etdik. Sonda razılaşma imzalandı.

Təbii qazın qiymətlərinə gəlincə, ARDNŞ dəqiq rəqəm açıqlamır. Nizaməddin Quliyev deyir ki, qiymət Avropa standartları üzrə konkret formul əsasında müəyyən olunub. Təbii qazın qaynağına gəlincə, ARDNŞ Rusiyaya yalnız özünün istismar etdiyi yataqlardan çıxarılan təbii qazı satacaq. Nə «Azəri-Çıraq-Günəşli»dən çıxan səmt qazının, nə də «Şahdəniz» qazının Rusiya satılmasından söhbət getmir.

Anlaşmanın Azərbaycan üçün kommersiya baxımından cəlbedici olmasından xəbər verir:

CƏLBEDİCİ ANLAŞMA VƏ GÜC NÜMAYİŞİ

Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban düşünür ki, Rusiyaya satılacaq təbii qazın həcminin ilkin sazişdəkindən təxminən 4 dəfə artırılması anlaşmanın
İlham Şaban
Azərbaycan üçün kommersiya baxımından cəlbedici olmasından xəbər verir:

- Hətta sazişin kommersiya tərəfi o qədər əlverişli olmasa belə, Rusiya üçün bu Avropadakı potensial alıcılara Azərbaycan qazı üzərində dominantlığını göstərmək baxımından vacibdir. Təbii ki, bu həm də Azərbaycandan aldığı təbii qazın həcmini artırmaq istəyən Türkiyəyə də bir güc nümayişidir. Bəllidir ki, Türkiyə ilə Azərbaycan arasında bir neçə ildir davam edən müzakirələr hələ başa çatmayıb. Hər iki tərəf ölkələrin qiymət məsələsində razılaşma əldə edə bilmədiyini açıqlayır.

ARDNŞ-in açıqladığı rəqəmlərə görə, 2009-cu ildə Azərbaycanın daxili qaz tələbatı 8,8 milyard kubmetr olub. Nəzərə almaq gərəkdir ki, hələ də Azərbaycanın bütün əraziləri qazlaşdırılmayıb. Hətta paytaxt Bakının təbii qazla təmin olunmayan yaşayış məntəqələri var. Neft Araşdırmaları Fondunun hesablamalarına görə, 2011-ci ildə Azərbaycan təxminən 11 milyard kubmetr təbii qaz əldə edicək.

AZƏRBAYCAN ÜÇÜN ƏN ÖNƏMLİ REFERANS MƏNBƏYİ

Türkiyə Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığını yürütməkdə israrlıdır. Türkiyənin enerji məsələləri üzrə eksperti Mərt Bilgin isə AzadlıqRadiosuna bildirir ki, indi dünya bazarında neftin min kubmetrinin dəyəri 280 dollardır. Azərbaycan isə Türkiyəyə təbii qazın min kubmetrini 120 dollara satır.

Ekspert deyir ki, indi Azərbaycan Rusiyaya təbii qazı hansı qiymətə verəcəksə, Rusiya da Türkiyəyə öz sırasında təbii qazı eyni qiymətə satacaq. Böyük ehtimalla Türkiyə ilə Azərbaycan arasında təbii qazın qiymətilə bağlı problem də bundan sonra çözüləcək. Mert Bilginə görə, Azərbaycan üçün ən önəmli referans mənbəyi Türkiyənin Rusiya ilə 2011-ci ildə bitən və uzadılması gözlənilən qaz sazişinin şərtləri olacaq. Azərbaycan İran, Türkiyə və Gürcüstana da qaz verir.

İbrahim Bayandurlu
ARDNŞ məsələnin sırf iqtisadi xarakter daşıdığını bildirərək məsələyə siyasi qiymət vermir.

«BU, SIRF SİYASİ MƏSƏLƏDİR»

Siyasi şərhçi İbrahim Bayandurlu isə düşünür ki, bütün hallarda geopolitik rəqabət predmeti olan Azərbaycanın imzaladığı neft-qaz anlaşmalarının arxasında ciddi siyasi proseslər dayanır:

- Bu, sırf siyasi məsələdir. Bir neçə ildir davam edən ziddiyyətli geosiyasi proseslərin üzə çıxan tərəfidir. Həm Azərbaycan, həm də Türkiyə iqtidarında olan komandaların Rusiya ilə iqtisadi münasibətlər hesabına hansısa problemlərin həlli proyekti iflasa uğradı. Rusiya bir daha özünün etibarlı partnyor olmadığını ortaya qoydu. Türkiyə iqtidarı düşünürdü ki, bu proses Qarabağ düyününün açılmasına səbəb olacaq. Bu, Rusiya siyasətinin regional qələbəsidir.

İbrahim Bayandurlu deyir ki, Azərbaycanın siyasi-inzibati məkanı hələ də Rusiyanın nəzarəti altındadır. Buna görə də ölkənin xarici siyasətində strateji addımlar Qərbin yox, daha çox Rusiyanın maraqlarına uyğun gəlir.
XS
SM
MD
LG