Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:18

Merzlyakov ATƏT sədrinin səfərinə ümidlə baxır


«ATƏT sədrinin Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasına xidmət edəcək». Rusiyalı həmsədri Yuri Merzlyakov ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə görüşdən sonra belə deyib.

Merzlayokov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin tezliklə razılaşdırılması lazımdır.

«Bizim çox maraqlı və məzmunlu söhbətimiz oldu. Danışıqlar zamanı biz, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vəziyyət və perspektivlər üzrə öz fikirlərimizi ifadə etdik. ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən beynəlxalq həmsədrlərin cəhdlərinə dəstək ifadə olunub» - Merzlayok deyib. /Trend/
XS
SM
MD
LG