Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:28

Şəxsiyyət vəsiqəsi və pasportlar və başqa ailə sənədləri üçün rüsumlar və mümkün cərimələr


.


Pasport, şəxsiyət vəsiqəsinin alınması, qeydiyyat, həmçinin evlilik, yeni doğulan uşaqların metrikaları və başqa bu kimi sənədləşdirmələr zamanı və s. ödənməli olan dövlət rüsumlarının və mümkün cərimələrin məbləğini təqdim edirik.

Solda cərimə məbləği, sağda rüsumlar verilib.

Burada həmçinin pasport-qeydiyyat işləri zamanı çox işlənən sənədlərin nümunələri, rüşvət tələbilə üzləşərsəniz şikayətləriniz üçün ünvanlar əskini tapıb.

Nigah, doğum, ad seçimi, ölüm və s. bu kimi vətəndaşlıq vəziyyəti sənədlərinin alınması qaydaları, tələb olunan sənədlərin, dövlət rüsumunun miqdarı Ədliyyə Nazirliyinin bu saytında sadə şəkildə verilib.

Pasportlar cərimə - keçid

PASPORTLARLA BAĞLI MÜMKÜN CƏRİMƏLƏR


Maddə 327. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması

327.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə —

yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir

Başqa cərimə məbləğlərini buradan oxu

RÜSUMUN MƏBLƏĞİ

"Dövlət rüsumu haqqında" qanundan çıxarış
Maddə 14. ... Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumunun dərəcələri

Şəxsiyyət vəsiqəsi, pasportlar, qeydiyyat və başqa işlərlə bağlı müraciətlər zamanı lazım ola biləcək ərizə formaları, blank nümunələri

PASPORT QEYDİYYAT İŞLƏRİNDƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR


Şəxsiyyət vəsiqəsinin alınması üçün lazım olan sənədlərin siyahısı:

  • ərizə-anket; (ərizəni formasını buradan götür)
  • doğum haqqında şəhadətnamə;
  • qan qrupu haqqında tibbi arayış;
  • valideynlərdən birinin və ya qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.
Şəxsiyyə vəsiqəsi və ümumvətəndaşlıq pasportlarının alınması üçün lazım olan sənədlərin siyahısı və ərizə formaları BURADA


Bir qrup hüquqşünasın yaratdığı bu saytın təqdim etdiyi sənədlərdən də nümunə kimi istifadə etmək olar. Amma vəkillə məsləhətləşmə şərti ilə.

Ailə sənədləşmələrində mümkün cərimələr - keçid

Ailə sənədləşmələrində mümkün cərimələr

Maddə 326-4. Doğumun qeydə alınması qaydasının pozulması

326-4.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə –

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
Bütün cərimə məbləğlərini buradan oxu.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
14.1. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə.

14.1.1. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
120 manat
14.1.2. beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə


40 manat
14.2. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.
11 manat
14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:
14.3.1. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 10 manat
14.3.2. üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə 1 manat
PASPORLAR VƏ ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ BAĞLI BÜTÜN RÜSUMLARIN MƏBLƏĞİ BURADA

Maddə 12. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Şikayətlər üçün ünvanlar-keçid

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
12.1. Nikahın qeydə alınması üçün 5 manat
12.2. Nikahın pozulmasının qeydə alınması üçün:
12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında; 15 manat
12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən);

15 manat
12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün. 10 manat
12.4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün.
2 manat
12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün. 2 manat

Ailə sənədlərində qalan bütün rüsumları buradan götür.
Rüsumları həm də çap edə bilərsən.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG