Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 13:08

«Deputatların sayı 150-yə çatdırılmalıdır»


«Bizim Yol»: «Hesab edirəm ki, Milli Məclisdə deputat yerlərinin sayının artırılmasına ehtiyac var. Yadınızdadırsa, hələ bir müddət öncə Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı təklif vermişdik və orada da nəzərdə tuturduq ki, parlamentdə heç olmasa ən azı deputat yerlərinin sayı 150-ə çatdırılsın. Eyni zamanda, parlamentdə fraksiya yaratmaq üçün tələb olunan say 25-dən 10-a endirilsin və bu, birbaşa Konstitusiyada öz əksini tapsın».

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev belə deyir:

«Bakı Xəbər»: Bələdiyyə seçkilərində saxtakarlığa görə həbslər ola bilər

Ekspertlər, cinayət işi açılacağı təqdirdə, həbsləri mümkün sayır. Əliməmməd Nuriyev: «Hər halda prokurorluğa o tipli materiallar göndərilirsə...»

«525-ci qəzet»: «Parlament seçkiləri ilində müharibə qərarının nəticəsini hesablamaq çox çətindir»

Zahid Oruc: «Seçki ilində ölkəyə xarici təsirlər də güclənir».

«Yeni Müsavat»: Müharibə ritorikası artır

Zəfər Quliyev: «Aparıcı dövlətlərin gizli razılığı ilə qısamüddətli hərbi əməliyyatlar aparıla bilər».

«Azadlıq»: Bu ay büdcə işçiləri maaş almaya bilər

Ekspertlərin sözlərinə görə bu, birbaşa büdcəyə vəsaitlərin toplanmasındakı çətinliklərlə bağlıdır.

«Yeni Azərbaycan»: Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsində öz şərtlərini saxlayır

Mübariz Qurbanlı: «Proseslər sübut edir ki, Sürixdə imzalanmış protokolların təsdiq olunmasında Ermənistan daha çox maraqlıdır».

«Azərbaycan»: Borclu borclunun sağlığını istər

«Özəl bankların yüksək kredit və depozit faizlərinin xeyri çoxdur, ya ziyanı».
XS
SM
MD
LG