Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:00

Əcnəbilərlə bağlanan nikahların sayı artıb


Azərbaycanda ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı artıb.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən verilən məlumata görə, ötən il Azərbaycanda qeydə alınan 78 min 73 nikahdan 2221-də tərəflərdən biri əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər olub.

Xidmətdən bildirilib ki, 2008-ci illə müqayisədə belə nikahların sayı 366 fakt artıb.

Ümumilikdə ötən il respublikada nikaha girənlərin və boşananların sayında azalma müşahidə olunub. Bir tərəfi əcnəbilər olan boşanmaların sayı 2008-ci illə müqayisədə 33 fakt artaraq 81 təşkil edib.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan vətəndaşlarının nikaha girdiyi əcnəbilər İran, Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Çin, Türkiyə, Rusiya, Gürcüstan, Səudiyyə Ərəbistanının vətəndaşlarıdır. /Trend/
XS
SM
MD
LG