ABŞ Dövlət katibi Çini internet senzurasını ləğv etməyə çağırıb.
Hillari Klinton internetdə söz azadlığının qorunmasına həsr olunmuş çıxışında «Google» şirkətinin haker hücumları ilə bağlı şikayətlərini araşdırmağa da çağırıb. Əlavə edib ki,müasir dünyada bir ölkənin saytlarına hücum, hamıya qarşı yönəlmiş hücum sayıla bilər. Buna görə də vətəndaşlığından aslı olmayaraq bütün ölkələr hakerlərə qarşı mübarizə aparmalıdır.
Nəhəng axtarış sistemi olan «Google» bir qrup hakerin çinli hüquq müdafiəçilərinin email ünvanlarını sındırmağa cəhd etdiyini açıqlayıb.
Hələ ki, Çin hökumətindən Hillari Klintonun bəyanatına reaksiya gəlməyib.
Çinin «Global Times» qəzeti isə bildirib ki, ABŞ-ın «internet azadlığı dediyi ABŞ nəzarəti altında olan azadlıqdır».