Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:44

Həmsədrlər Bakını tərk ediblər


ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Bakıda xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşüblər.

Görüşdə Dağlıq Qarabağ danışıqların hazırkı mərhələsi müzakirə olunub və həmsədrlər artıq bu gün Bakını tərk ediblər.

Ermənistan və Rusiya prezidentlərinin mətbuat xidmətləri yanvarın 25-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında üçtərəfli görüş olacağını xəbər verirlər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya ayın 20-də gəliblər. Bundan öncə isə həmsədrlər Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.
XS
SM
MD
LG