Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 14:17

Əsgərlərdən pul tələb edən hərbçilərin məhkəməsi gedir


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun və 3 əsgərinin məhkəməsinə hazırlıq iclası keçirilib. “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları David Hacıyev, Azər Şamilov, əsgərlər Umuxan Allahverdiyev, Pərvin Höccətov və Radik Qüdrətov məzuniyyətdən qayıdan gənc əsgərlərdən pul tələb etməkdə və onları döyməkdə təqsirləndirilirlər.

Hərbi qulluqçulara qarşı Cinayət Məcəlləsinin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsi döymə və ya işgəncə vermə, qulluq səlahiyyətini aşma, nizamnamə qaydalarını pozma, hədə-qorxu ilə tələb etmə maddələri ilə ittihamlar irəli sürülüm.

İlk məhkəmə baxışı fevralın 1-nə təyin edilib. Həmin gün təqsirləndirilən şəxslərin ifadələri dinləniləcək.
XS
SM
MD
LG