Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:34

Saxta pul kəsənlər məhkəmə qarşısında


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə saxta pul əskinazları hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilir.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Lənkəran şəhər sakini 24 yaşlı Bəhruz Yaqubov ifadəsində göstərib ki, disk-kaset satışı ilə məşğul olan “Bəhruz” studiyasında işləyib. Saxta əskinazları da həmin studiyadakı kompyuter və skayner vasitəsilə çap edib.

“İdeya” isə əvvəllər məhkum olunmuş tanışı 28 yaşlı Hüseyn Cavadovdan gəlib. Onlar saxta əskinazları birlikdə hazırlayıblar və bir neçəsini dövriyyəyə buraxıblar.

Digər təqsirləndirilən şəxs Hüseyn Cavadov da eyniməzmunlu ifadə verib.

Məhkəmə prosesi davam edir.
XS
SM
MD
LG