Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:17

İranda rəssamlara «türkcə» qadağası


Ana dilində təhsil tələbi ilə İranın Urmiya universiteti tələbələrinin etiraz aksiyası. May 2006
Ana dilində təhsil tələbi ilə İranın Urmiya universiteti tələbələrinin etiraz aksiyası. May 2006
«10 gündür təbiəti mühafizə ilə bağlı yaratdığımız «Dağ» qrupunu işini qadağan ediblər. Prokurorluq orqanlarının müraciəti əsasında haqqımızda məhkəmə hökmü çıxarılıb. Hökmdə yazılıb ki, «Dağ» qrupu millətçilik işi ilə məşğuldur».

Bu sözləri İranın Qoşaçay şəhərində yaşayan Behbud Quluzadə deyir. Onun sözlərinə görə, son günlər Qoşaçayda yaşayan insanlara rəsmi qurumların təqibləri başlayıb. İnsanlar heç bir səbəb göstərilmədən hüquq-mühafizə orqanlarına çağırılaraq sorğu-sual edilir.

Uzun illərdir rəngkarlıqla məşğul olan Behbud Quluzadə deyir ki, çəkdiyi rəsmlərə «Baxış» imzası qoyduğuna görə rəsmi qurumlar haqqında daha bir cinayət işi açıb. Ona bildiriblər ki, «Baxış» türk sözü olduğu üçün millətçiliyin qüvvətləndirilməsi anlamına gəlir.

İranda ən böyük etnik qrup olan Azərbaycan türklərinə ana dilində təhsil almaq qadağa edilib. Ölkə konstitusiyasının icazə verməsinə baxmayaraq, İranda Azərbaycan məktəbləri yoxdur, bunu tələb edən fəallar isə təqib olunur, həbs edilirlər. İranda Azərbaycan türklərinin 20-35 milyon olduğu ehtimal edilir.
XS
SM
MD
LG