Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:58

Həmsədrlər görüşlərə başlayır


Yanvarın 21-də ATƏT-in Minsk qrupunun həmsədrləri XİN və prezidentlə görüşəcək. Həmsədrlər dünəndən Bakıdadırlar.

Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü müzakirə olunacaq.

Gözlənilir ki, prezidentlərin görüşü yanvarın 25-də Soçidə keçiriləcək.

Həmsədrlər bundan əvvəl Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb, sülh danışıqlarının hazırkı mərhələsini müzakirə ediblər.
XS
SM
MD
LG