Keçid linkləri

2026, 20 İyul, bazar ertəsi, Bakı vaxtı 14:57

HRW İranın təhlükəsizlik qüvvələrini ittiham edib

Human Rights Watch (HRW) təşkilatı İranın təhlükəsizlik qüvvələrini azı 30 nəfərin ölümünə görə günahlandırıb.

Təşkilat eyni zamanda mübahisəli prezident seçkilərindən sonra 4 min nəfərin həbs olunduğunu, azı 26 işgəncə faktını qeyd edib.

HRW hüquq müdafiəçiləri və aparıcı hökumət tənqidçilərinin həbs olunduğunu deyir.
XS
SM
MD
LG