Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:59

Avropalı deputat 20 yanvar qurbanlarının xatirəsini anıb


Avropa Parlamenrinin üzvü, Cənubi Qafqaz ölkələri ilə Əməkdaşlıq Komitəsinin sədr müavini Vytautas Lansbergis 20 yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.

Landsbergisin yaydığı bəyanatda bildirilir ki, 1989-cu ilin sonu və 1990-cı ilin əvvəllərində Xalq Cəbhəsində birləşən milli hərəkat müstəqilliyə can atdı və bu bir neçə yerdə İranla sərhədlərin açılması, Sovet hakimiyyətinin devrilməsi, və sonda Xalq Cəbhəsinin seçkiylə qanuni hakimiyyətə gəlməsi ilə nəticələndi.

Etnik zəmində qızışdırılan azəri-erməni toqquşmaları bu proseslərə mane olurdu və bunu bəhanə edən Kremil Bakıya 50 minlik qoşun yeritdi, insanlar öldürüldü, Sovet hakimiyyəti bərpa olundu.

Çox keçmədi ki, keçmiş SSRİ dağıldı, amma bəşəriyyətə qarşı törədilmiş həmin cinayətin vurduğu yaralar hələ də sağalmayıb.

Landsbergis bu qanlı faciəni anmağa çağırır.
XS
SM
MD
LG