Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:18

Baykalda kağız fabriki bərpa olunur


Ətraf mühit fəallarının etirazlarına baxmayaraq, Rusiyanın Baş naziri Vladimir Putin Baykal gölünün sahilindəki kağız fabrikinin fəaliyyətini bərpa etməsi haqqında sərəncam verib.

Sovetlərdən qalma bu farik 2008-ci ildə ətraf mühit fəallarının bir neçə il davam edən etirazlarından sonra dayandırılmışdı. Onlar deyirlər ki, bu fabrik Sibirdəki dünyanın ən böyük şirin sulu gölü olan Baykalı çirkləndirir.

Vladimir Putin isə bildirir ki, o, alimlərlə bu mövzuda söhbət edib və belə məlum olub ki, fabrikin gölə ziyanı yoxdur.

Əvvəllər yaxınlıqdakı 17 min nəfərlik Baykalsk şəhərinin iki min sakini bu fabrikdə çalışırdı.
XS
SM
MD
LG