Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:23

Bank işçiləri dələduzluqda təqsirləndirilir


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Azərdəmiryolbank» ASC-nin Şamaxı filialının keçmiş müdiri Tural Bayramovun və bankın xəzinədarı Zümrüd Əliyevanın məhkəmə prosesi keçirilir.

İttiham aktında göstərilir ki, ötən ilin fevral ayında bankın Daxili Audit Departamenti tərəfindən Şamaxı filialının xəzinəsində yoxlama aparılıb. Yoxlama zamanı 388.796 manat və 30.478 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin bir bağlama girov qızıl əşyalarının filialın xəzinəsindən mənimsənildiyi müəyyən edilib.

Araşdırılıb ki, filial müdiri Tural Bayramov 2008-ci il yanvar ayından xəzinədarla əlbir olaraq ayrı-ayrı vətəndaşların adlarına kreditlər rəsmiləşdiriblər. Kredit məbləğlərinə görə vətəndaşlar tərəfindən banka qoyulmuş girovları mənimsəyiblər.

Hər iki şəxs özünü ittiham üzrə təqsirli bilir.
XS
SM
MD
LG