Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:40

Zəlzələdən sonra yağmalama


Haitidə zəlzələdən sağ çıxmış insanların yardım ümidləri azaldıqca, paytaxt Port-o-Prinsdə dükanları yağmalama və zorakılıq halları artır.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat verib.

ABŞ ordusunun sözçüsü isə dünən təcili olaraq Haiti paytaxtının ətrafına havadan təyyarələrlə 14.500 ədəd yemək və 15 min litr içməli su paketi atdıqlarını bildirib.

Bu arada BMT-nin baş katibi Ban Ki Mun Təhlükəsizlik Şurasından Haitiyə əlavə 3.500 hərbçi göndərmək planını təsdiqləməyi xahiş edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG