Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:48

Ukraynada seçkilər beynəlxalq standartlara uyğun olub


Ukraynada Prezident seçkiləri bəzi çatışmazlıqlar olsa da, yüksək standartlara uyğun keçib və beynəlxalq standartlara cavab verib.

ATƏT, Avropa Şurası, NATO, Avropa Bilriiyi kimi beynəlxalq qurumların Ukraynadakı prezident seçkilərini müşahidə missiyasının yaydığı bəyanatda belə deyilir.

Müşahidə Missiyasının rəyinə görə, seçkidə seçicilərin sərbəst seçim hüququ tam təmin edilib, namizədlərə təbliğat kampaniyası bərabər imkanlar yaradılıb, seçki komissiyaları, qanunvericilik sahəsindəki bəzi boşluqlara baxmayaraq birgə və qanunlara söykənən qərarlar veriblər.

Müşahidə Missiyasının yekun rəyinə görə, budəfəki prezident seçkiləri 2004-cü ildə əsası qoyulan demokratik seçki təcrübəsinin daha da inkişafını göstərib və beynəlxalq qurumlar ümid edir ki, bu tendensiya davam edəcək.
XS
SM
MD
LG