Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Adı terrorçular siyahısında olan 8 yaşlı uşağa zülm edirlər


ABŞ-da yaşayan 8 yaşlı Michael W. Hicksın adını təhlükəsizlik işçisi harda oxuyursa, həngamə başlayır. Düz altı ildir ki, o, hər dəfə təyyarəyə minəndə və ya bu kimi başqa yerlərdə uşağın adını oxuyan kimi terror şübhəlisinin yoxlanması üçün lazım olan prosedur işə düşür. Balaca uşaq əzizlənmək əvəzinə yekəpər kişilərin çək-çeviri ilə üzləşir, üst-başını dönə-dönə yoxlayırlar.

Səbəbi də çox komik…Bu balaca uşağın adı ən təhlükəli terror şübhəlilərinin siyahısındadır. Ona görə də Michael W. Hicks adını oxuyan təhlükəsizlik işçisinin üzü dönür və «terror şübhəlisinin yoxlanışı prosesi» başlayır. Onu keçmiş şübhəli ilə səhv salan təhlükəsizlik işçiləri balacanı təpədən-dırnağa yoxlayırlar.

Əslində, həqiqi şübhəli Michael W. Hicks çoxdan təhlükəli terrorçular siyahısından çıxarılıb. Amma ABŞ polisində və hava limanlarında bu siyahını hələ dəyişdirməyiblər. Ona görə də bu balaca uşağın başına gəlməyən qalmır.

Özü «yoxlanış zamanı bəzi yerlərimə toxunanda xoşuma gəlmir» desə də, hər dəfə təyyarəyə minəndə onu bir terror şübhəlisi yoxlanan kimi prosedur əsasında yoxlayırlar.

Ailəsi uşağın adının dərhal siyahıdan çıxarılmasını tələb edir.
XS
SM
MD
LG