Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

İsrailin müdafiə naziri Türkiyədədir


İsrailin müdafiə naziri Ehud Barak Ankarada türkiyəli həmkarı və xarici işlər naziri Ahmet Davutoğluyla danışıqlar aparır.

İsrail kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə tərəflər Türkiyəyə silah satəlması başda olmaqla, müdafiə sahəsində əməkdaşlıq məsələsini müzakirə edirlər.

Türkiyənin İsraildəki səfiri ilə pis rəftara görə iki ölkə arasında münasibətlər yenidən gərginləşib.

Ankara buna görə səfiri keri çağırmaq istəyirdi.

Amma sonda İsrail üzr istədi.
XS
SM
MD
LG