Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:44

Ömürlük məhbuslar aclıq aksiyası keçirir


Qobustan həbsxanasında saxlanılan iki ömürlük məhbus – Elçin Əmiraslanov və Mehdi Rzayevin aclıq aksiyası keçirdikləri
iddia edilir.

Bunu AzadlıqRadiosuna Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova deyib.

Onun sözlərinə görə, məhbuslar yanvarın 10-dan aclığa başlayıblar və “Elçin Əmiraslanovun aclıq aksiyası keçirməsinə səbəb ona aid icazəli ədəbiyyatın və məhkəmə sənədlərinin heç bir səbəb göstərilmədən əlindən alınmasıdır.

Mehdi Rzayev isə “gepatit s” xəstəliyinə tutulub, amma həbsxana rəhbərliyi onu müalicə müəssisəsinə göndərməkdən imtina edib.”

Elçin Əmiraslanovun qardaşı İlqar Əmiraslanov da AzadlıqRadiosuna məlumatı təsdiqləyib.

İki gün öncə Qobustan həbsxanasında olan hüquq müdafiəçisi Elçin Behbudov isə ömürlük məhbusların aclıq aksiyası keçirməsindən xəbərsiz olduğunu deyir.
XS
SM
MD
LG