Əfqanıstan parlamenti Prezident Həmid Kərzainin təqdim etdiyi yeni kabinet üzvlərindən 3-nü qəbul edib.
Bunlar xarici işlər naziri Zalmay Rəsul, ədliyyə naziri Həbibullah Qalib və Dini İşlər İdarəsinin rəhbəri Məhəmməd Yusif Niyazidir.
Amma deputatlar Ali Təhsil Nazirliyinə irəli sürülmüş Məhəmməd Həşim İsmətullahinin namizədliyini qəbul etməyiblər.Bundan əvvəlki səsvermədə deputatlar Həmid Kərzainin təqdim etdiyi 24 namizəddən 17-ni rədd etmişdi.
Deputatlar onlardan çoxunun təcrübəsiz olduqlarını deyirlər.