Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:32

Hərbçilər Haiti hava limanını nəzarətə götürüblər


ABŞ hərbçiləri Haitinin paytaxtı Port-a-Prensdəki beynəlxalq hava limanını nəzarətə götürüblər.

Belə bir addım ölkəyə gətirilən hümanitar yüklərin qəbulu, xaricilər və yaralıların köçürülməsini koordinasiya etmək üçün atılıb.

ABŞ dövlət katibi Hillari Klintonun bu gün Haitiyə gedəcəyi gözlənilir.

ABŞ prezidenti Barak Obama Haitiyə hümanitar yardımın davam etdiriləcəyini deyib.

Təxminlərə görə zəlzələdə ölənlərin sayı 100- mini ötüb.

BMT Haitiyə təcili yardım göstərmək üçün yarım milyard dollardan artıq vəsait toplamağa çağırıb.





XS
SM
MD
LG