Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

9 milyonuncu vətəndaş ev və 20 min pul aldı


Azərbaycanın bu gün doğulan doqquz milyonuncu vətəndaşına prezident ev və pul hədiyyə edib. Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamda Bakı şəhər icra hakimiyyətinə tapşırır ki, yeni doğulan körpə İlham Əhmədlinin ailəsinə ev versin.

Prezident Mərkəzi Banka da tapşırır ki, onun adına bank hesabı açıslın. Həmin hesaba Prezidentin Ehtiyat Fondundan 20 min manat köçürülsün. Həmin pul faizləri hesablanmaqla hər il artacaq və İlham Əhmədli 18 yaşına çatanda bu pul qorunacaq.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu gün doğulmuş körpənin çəkisi 2,9 kq., boyu 49 santımetrdir.
XS
SM
MD
LG