Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

Bələdiyyə seçkisi ilə bağlı şikayətlər təmin edilməyib


Yanvarın 15-də Bakı Apellyasiya Məhkəməsində İmişli rayon Qızılkənd bələdiyyəsinə namizəd olan 8 kənd sakininin ləğv edilən nəticələrin bərpasıyla bağlı şikayəti təmin edilməyib. Məhkəmə Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb.

Əldə etdikləri protokollarda qalib gəldiklərini deyən keçmiş namizəd Mədət Qurbanov nəticələrin əsasız yerə ləğv olunduğunu və məhkəmədən də bunu istədiklərini deyib:

«Əlimizdə protokol var ki, seçkiləri biz 8 nəfər udmuşuq, iki müsavatçı, bir cəbhəçi, iki bitərəf və üç nəfər də YAP-çı. Onlar seçkinin nəticələrini hansı əsasla ləğv ediblər?».

60 saylı Salyan-Neftçala seçki dairəsinin Salyan rayonu Kürsəngi bələdiyyəsinə namizəd olan Gülbala Abışov isə Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. O həmin dairənin 26 və 27 saylı məntəqələrində seçkinin nəticələrinin etibarsız hesab edilməsini istəyir.

Azərbaycanda bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib. 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə seçkilər etibarsız hesab edilib.
XS
SM
MD
LG