Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

«Əhmədli» klinikasında üç həkim bıçaqlandı


Yanvarın 15-də Xətai rayonundakı «Əhmədli» klinikasında 3 həkim bıçaqlanıb.

Bu bərədə AzadlıqRadiosuna Xətai rayon polis idarəsinin 39-cu polis bölməsindən məlumat veriblər.

Məlumata görə, Fərid Şıxəliyev adlı şəxs klinikaya daxil olaraq 3 həkimə bıçaqla ağır xəsarət yetirib. Xəsarət alanlardan ikisi - klinikanın baş həkimi Alim Şıxəliyev və onun oğlu, Elnur Şıxəliyev hücum edənin yaxın qohumlarıdır. Xəsarət alan üçüncü şəxs klinikanın laboratoriya müdiridir.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisəni törədən şəxs saxlanılıb.

Klinikadan adının çəkilməsini istəməyən həkimlərdən birinin dediyinə görə, həmin şəxs öz qohumları olan həkimlərin yanına gələrək onlardan pul istəyib və elə hadisə də bundan sonra baş verib.

Polis araşdırma aparır.
XS
SM
MD
LG