Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıdakı körpülərdən birinə partlayıcı maddə qoyulması barədə yalan məlumat verən İran vətəndaşının məhkəməsi başlayıb. O Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilir.
İttihamda göstərilir ki, 2009-cu il sentyabrın 12-də İran vətəndaşı Xeyirxah Rza Xətai rayon ərazisində yerləşən “Cavanşir” körpüsünün altına partlayıcı maddə qoyulması barədə Xətai rayon Polis İdarəsinə zəng edib.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlumatın yalan olduğu aşkarlanıb. Müttəhim məhkəmədə verdiyi ifadəsində özünü qismən təqsirli bilib.
Məhkəmə prosesi yanvarın 19-da davam edəcək.