Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:01

Məktəblərdə qızıl və gümüş medallar necə veriləcək?


Nazirlər Kabineti «Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası»nı təsdiqləyib. Qaydalara görə, fənn olimpiadaları və bilik yarışlarında mükafata layiq görülmə qızıl və ya gümüş medalla təltif üçün namizədliyin verilməsində kriteriyalardan biri olacaq. Qızıl və ya gümüş medalla təltif üçün namizədliyin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurası baxır və müvafiq qərar qəbul edir.

Qızıl və ya gümüş medalla təltif üçün bu şəxslərin namizədliyi verilə bilər: ümumi orta təhsil səviyyəsini 75 faiz «əla» qiymətlərlə bitirənlər; tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi «əla» olanlar; bütün fənlərdən illik qiymətləri «əla» olanlar.

Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Təhsil Nazirliyin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq təqdim edilir.

Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. Məzunların qızıl və ya gümüş medalla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG