ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycana bir günlük səfərə gəlib.
Səfər zamanı səfir Morninqstar yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşlər keçirəcək.
Onun Azərbaycan prezidenti ilə görüşü nəzərdə tutulur. Bundan başqa, Riçard Morninqstar Xarici İşlər Nazirliyi və Sənaye və Energetika Nazirliyində görüşlər keçirəcək.
Səfir Morninqstar ölkəsinin neftin və qazın bu regiondan Avropa və qlobal bazarlara nəqli üçün marşrutların diversifikasiyası sahəsində inkişafa göstərəcəyi dəstək və əməkdaşlıq məsələlərini müzakirə edəcək.