Keçid linkləri

2026, 27 Avqust, cümə axşamı, Bakı vaxtı 05:21

Sabah Binəqədidə qaz kəsiləcək

Sabah saat 9-dan Bakının Binəqədi rayonunun böyük bir hissəsində qaz müvəqqəti kəsiləcək.

Bu barədə ANS PRESS Dövlət Neft Şirkətinə istinadla xəbər verir.

Səbəb Bakı dairəvi avtomobil yolunun kommunikasiya xətlərinin köçürülməsidir.

Belə ki, iş görülən müddətdə 9,7 və 8-ci mikrorayonlar, habelə Vorovski və M.Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz kəsiləcək.
XS
SM
MD
LG