Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 10:54

ABŞ və Norveç səfirlikləri birgə bəyanat verib


ABŞ və Norveç səfirlikləri Bənənyarda baş verənlərlə bağlı birgə bəyanat yayıb.

Bəyanatda deyilir ki, yanvarın 13-ü Bənənyar kəndində vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə səfirliklərin diplomatları həmin kəndə yola düşüblər. Lakin bir qrup insan kəndin girişində avtomobili saxlayaraq, diplomatları hədələyib, kənd sakinləri ilə hər-hansı əlaqə yaratmadan, kəndi tərk etməyə məcbur ediblər.

ABŞ və Norveç səfirlikləri Bənənyar kəndində olan vəziyyətlə əlaqədar Azərbaycan hökumətinə öz narahatlıqlarını bildirib : «Biz Azərbaycan hökümətini Bənənyar kəndində baş verən insidenti tam şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırırıq».
XS
SM
MD
LG