Azərbaycanın Əsir və İtkin düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2009-cu il ərzində fəaliyyəti ilə bağlı hesabat hazırlayıb.
Hesabata görə 1 dekabr 2009-cu il tarixə olan məlumata görə 4133 nəfər itkin düşüb, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 44 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib.
İtkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılmış araşdırmalar nəticəsində il ərzində Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 84 nəfərin taleyi müəyyən olunub, adları siyahıdan çıxarılıb. Onlardan 29 nəfərin sağ, 35 nəfərin döyüşlərin gedişində həlak olduğu və yaxınları tərəfindən tanınaraq dəfn edildiyi, 13 nəfərin adının siyahıda təkrar keçdiyi, 7 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib.
Həmçinin 7 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib, adları müvafiq siyahıya salınıb.