Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Bələdiyyə üzvü seçilmişlərin siyahısı dərc olundu


«Azərbaycan» qəzetinin 14 yanvar tarixli sayında bələdiyyə üzvü seçilmiş şəxslərin tam siyahısı dərc edilib. Ötən il dekabrın 23-də keçirilmiş seçkilərin yekunlarına görə, 1709 bələdiyyə tam tərkibdə formalaşıb. Bu isə 15 min 591 nəfər bələdiyyə üzvü deməkdir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə seçkilər etibarsız hesab edilib.

Bundan başqa seçkilərin hazırlanması və keçirilməsi zamanı yol verdiyi ciddi nöqsanlara görə 50 saylı Qobustan-Xızı-Quba və 72 saylı Yardımlı-Masallı dairə seçki komissiyaları sədrlərinin tutduqları vəzifəyə uyğunsuzluğu müəyyən edilib. Eyni səbəbdən 70 saylı Masallı şəhər, 80 saylı İmişli-Beyləqan dairə seçki komissiyalarının buraxılması qərara alınıb.

Bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib. Ölkə üzrə seçicilərin 32, 04 faiz səsvermədə iştirak edib.
XS
SM
MD
LG