Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:40

Türkiyə ilə Rusiya viza rejimini ləğv edə bilərlər


Bu Gün Moskvada Rusiya və Türkiyənin baş nazirləri arasında görüş olub.

Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan iqtisadi əməkdaşlıq, xüsusilə də Qara dənizin dibiylə keçməli olan “ Cənub Axını” qaz layihəsini müzakirə ediblər.

Türkiyə bu ilin noyabrınadək bu kəmərin tikintisinə razılıq verməlidir.

Bundan başqa tərəflər Türkiyədə atom elektrik stansiyasının tikintisi ilə bağlı razılaşma imzalanıb.

Məlumatlara görə Türkiyə ilə Rusiya yaxın aylarda vizasız gediş-gəliş barədə razılaşma imzalamaq fikrindədirlər.
XS
SM
MD
LG