İran Xarici İşlər Nazirliyi ABŞ və İsraili ölkənin atom fizikası alimlərindən birinin qətliylə nəticələnən partlayışda ittiham edib.
İran Dövlət Televiziyasının yaydığı xəbərə görə, terror aktı kimi qiymətləndirilən partlayışın istintaqı zamanı ABŞ, İsrail və onların əlaltılarının izlərinə rastlanıb.
Tehran Univrsitetinin nüvə fiziki Məsud Məhəmmədi yanvarın 12-si, səhər saatlarında evinin qarşısındakı motosikletə qoyulan bombanın partlaması nəticəsində həlak olmuşdu.
Qərb dövlətləri uzun müddətdir ki, İranı nüvə silahı hazırlamaqda ittiham edir, İran isə nüvə proqramının dinc məqsədli olduğunda israr edir.