Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Pakistanda yaraqlılarla hərbçilər arasında atışma olub


Pakistanda yaraqlılar hərbçilərin postuna hücum etməyə cəhd ediblər. Rəsmi məlumata görə, bir hərbçi öldürülüb, üçü yaralanıb. Dörd talibançı da öldürülüb.

Hadisə baş verən post Pakistanın şimal qərbindəki Bajaur rayonunda yerləşir.

2008-ci ilin avqustundan hərbçilər bu ərazidə irimiqyaslı əməliyyatlara başlayıb. 2009-cu ilin fevralında hökumət ərazinin talibançılardan təmizləndiyini bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG