Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:22

Con Makkeyn Moskvanı Gürcüstan ərazilərindən çıxmağa çağırıb


ABŞ prezidentliyinə keçmiş namizəd, senator Con Makkeyn Rusiyanı Rusiyanı Gürcüstan ərazilərindən çəkilməyə çağırıb. Senator bu çağırışını bu gün Batumidə jurnalistlərlə söhbətində səsləndirib.

Con Makkeyn və başqa iki Respublikaçı senator Gürcüstana dünən gəlib. Onlar Batumidə ayrı-ayrılıqda Gürcüstanın prezidenti və müxalifət liderləri ilə görüşüblər.

Mixeil Saakaşvili Makkeyni Milli Qəhrəman Ordeni ilə mükafatlandırıb.

Con Makkeyn Batumidən sonra da Zuqdudiyə gedib. Burada o, separatçı segionlarla təmas xəttinə nəzarət edən Avropa Birliyi Monitoriq Qrupunun rəhbəri Hans-Joerg Haberlə görüşüb.

2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında beş günlük müharibədən sonra sonra Moskva Gürcüstanın separatçı bölgələrini dövlət kimi tanıyıb. Həmin separatçı regionlara da çox sayda hərbi qüvvə yeridib.
XS
SM
MD
LG