Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 21:52

Azərbaycanın xarici işlər naziri Qətərdədir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 11-12-də Qətərdə rəsmi səfərdə olacaq.

XİN-in mətbuat xidmətinin məlumatına görə, səfər zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlarda Azərbaycan və Qətərın qarşılıqlı fəaliyyəti məsələləri müzakirə olunacaq.

Ötən ilin iyun ayında Azərbaycanda Qətər Mədəniyyəti Günləri keçirilib.
2007-ci ilin avqustunda Qatar əmiri Şeyx Həməd Ben Xəlif Azərbaycana səfər edib.

XS
SM
MD
LG