İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Misirlə sərhədi boyunca sədd tikmək, burada müasir müşahidə cihazları quraşdırmaq planını təsdiqləyib. Məqsəd Misirdən qanunsuz miqrantların və yaraqlıların İsrailə keçməsini əngəlləməkdir.
Netanyahu deyib ki, bu, İsrail dövlətinin yəhudiliyini və demokratikliyini qorumaq baxımından strateji bir qərardır.
Ayırıcı səddin bütün sərhəd boyu tikilməyəcəyi bildirilir.