Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

İranda öldürülmüş üç müxalifətçiyə görə sabiq prokuror təqsirkardır


İranda prezident seçkilərindən sonra baş vermiş iğtişaşlar zamanı həbs edilmiş bəzi etirazçıların ölməsi faktının təhqiqatını aparan parlament qrupu azı üç nəfərin ölümündə Tehran şəhərinin sabiq prokurorunu təqsirkar bilib.

Parlament təhqiqatının nəticələrinə görə, həmin üç şəxs Evin həbsxanasına salınmalı olduğu halda, prokurorun göstərişi ilə Kahrizak təcridxanasında 4 gün ərzində döyülərək, ac-susuz saxlanılıblar. Onlardan biri prezident seçkilərinin mühafizəkar namizədi Möhsin Rzainin əsas tərəfdarı olan Əbdülhüseyn Ruhələmininin oğlu olub.

XS
SM
MD
LG