Xorvatiyada prezident seçkilərinin ikinci turunda müxalifətçi Sosial Demokrat Partiyasının namizədi İvo Cosipoviç rəqibinə böyük üstünlüklə qalib gəlib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Xorvatiyada korrupsiyaya qarşı mübarizəyə yeni təkan verəcəyini vəd etmiş hüquq professoru Cosipoviç 60.3 faiz, onun rəqibi, Zaqreb şəhərinin meri Milan Bandiç 39.7 faiz səs toplayıb.
52 yaşlı İvo Cosipoviç qələbə nitqində tərəfdarlarına söz verib ki, Xorvatiyanın Avropa Birliyi ilə üzvlük məsələsiylə bağlı danışıqları başa çatdıracaq. 2012-ci ildə birliyə daxil olmaq uğrunda çalışacaq, korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparacaq.