Prezident Barak Obama deyib ki, o, Yəməndə və Somalidə islamçı yaraqlılarla mübarizə aparmaq üçün yerli qüvvələrə kömək məqsədilə Amerika hərbçiləri göndərmək niyyətində deyil. Obama əmin olduğunu bildirib ki, Əl-Qaidənin əsas fəaliyyət zonası hələ də Əfqanıstan-Pakistan sərhədi olaraq qalır.
ABŞ prezidenti bir müddət əvvəl bəyan etmişdi ki, dekabrın 25-də Detroyta uçan sərnişin təyyarəsini partlatmağa cəhd göstərmiş nigeriyalını Əl-Qaidənin qərargahı Yəmənin paytaxtında yerləşən Ərəbistan yarımadasındakı qanadı təlimatlandırıb.