Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:57

«Prezidenti xalq seçibsə, mən kiməm ki, qarşı gedim?!»


Fuad Əhmədov
Fuad Əhmədov
«Əgər bu gün Azərbaycan Respublikasının prezidentini Azərbaycan xalqı seçibsə, prezident kimi elan olunubsa və Azərbaycan xalqı onu qəbul edibsə, mən kiməm ki qəbul etməyim?!»

Azərbaycan Mühafizəkar Gənclərinin Maarifləndirilməsi Təşkilatının sədr müavini Fuad Əhmədov «14-24»-də Dalğa Gənclər Hərəkatının nümayəndəsi Araz Önərlə debatında bunu deyib.

O bildirir ki, konstitusiyada təsbit olunmuş hüquqlardan xəbərsizlər ondan faydalana bilmir:

«Ancaq bu gün kimsə o hüquqlarını qoruya bilmirsə, həyata keçirə bilmirsə, bəzi insanlar zorakılıqla o hüquqları əldə etmək istəyirlər. Bu gün diskussiya, anlaşma şəraitində hüquqlar əldə olunmalıdır zorakılıq oldusa, zorakı hərəkətə də zorakılıqla cavab verilir».

SUAL: Siz zorakı üsul deyəndə gənclərin küçəyə çıxıb aksiya etməyini nəzərdə tutursunuz?

«Bəli. Bu gün əgər aksiya etmək istəyiriksə də, konkret orqan var, müraciət olunmalıdır, harda təşkil olunmalıdır aksiya..»

Araz Önər: «Siz bilirsiz niyə aksiya edir gənclər? Çünki o orqanlar işləmir, ona görə küçəyə çıxırıq ki, o orqanlar işləsin İşləməyən orqana müraciət etmək nə dərəcədə məntiqidir?»

Fuad Əhmədov: «Biz dəfələrlə aksiya keçirmişik, heç bir problem olmayıb. Kimsə bu gün mitinq keçirirsə, bu o demək deyil ki, metlaxı yerdən qoparıb hansısa mağazanın şüşəsini sındırsın. Sərbəst toplaşmaq azadlığı o demək deyil ki, sərbəst toplaşanda dövlət əleyhinə danışasan».

Fuad Əhmədov deyir ki, təmsil etdiyi təşkilatın əsas fəaliyyəti milli-mənəvi dəyərlərin qorunması, gənclərin təhsil problemlərinin həll olunması, gənclərdə vətənpərvərlik, döyüş ruhunun formalaşdırılması ilə yanaşı, hüquq mədəniyyətinin aşılanmasına yönəlib. İxtisasca hüquqşünas olan Fuad Əhmədovun fikrincə, problem adətən hüququ bilməyəndədir, pozanda yox:

Araz Önər
«Yetkinlik yaşına çatmış bir insan parkda qızla gedirsə və polis gəlib ona ilişirsə, o insan demək öz hüquqlarını bilmir».

Araz Önər: «O insanın hüququnu təmin etmək dövlətin borcudur. Polis də dövlətin məmurudur. Polis bilməlidir ki, mən parkda oturan gənc qızı və oğlanı qaldırıb bölməyə apara bilmərəm. Mən kənddən gəlmişəm, konstitusiya oxumamışam, kitab oxumamışam, sevgilimlə parkda oturmuşam. Amma polis bilməlidir axı, polis onun üçündür ki, mənim hüquqlarımı qorusun».

Fuad Əhmədov: «Qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Gənclər bilməyə bilər hüququnu, polis də onlara müdaxilə edə bilər. polis onu tutur, gənc də həddən artıq təşvişə düşür. Mən o gəncə məsləhət görərdim ki, getsin bölməyə».

Araz Önər: «Dediyiniz odur ki, öz hüquqlarını bilməyən insanın başına nə oyun istəsək, aça bilərik».

Fuad Əhmədov: «Polisin də səlahiyyətləri var. Polisin yaxınlaşıb hər hansı sənəd istəmək haqqı yoxdurmu?»

Araz Önər: «Var, amma o sənəd istəmir, deyir ki, dur gedək bölməyə, valideyninə zəng edəcəyəm, gələcək».

Fuad Əhmədov: «Əgər valideyndən sən qorxursansa, gənc qız, gənc oğlan, onda gəzmə də».

Gənclərin debatını sonadək dinləsəniz, biləcəksiniz:

- Azərbaycan gənci öz etirazını kimə bildirə bilir?

- Hansı milli dəyərlərin qorunmamağı boşanmalara gətirib çıxarır?

- Hansı demokratik ölkələr dünyada xaos yaratmaqla məşğuldur?

Buna da bax:

XS
SM
MD
LG