Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:51

Raket zərbəsindən 5 adam ölüb


Dünən axşam Pakistanın şimal-qərbində raket zərbəsindən 5 nəfər ölüb, 6 adam isə yaralanıb.

Bu barədə Pakistanın kütləvi informasiya vasitələri xəbər verir.

Amerika ordusunun pilotsuz təyyarəsi İsmailxel kəndinə iki raket buraxıb.

Bu kənd yaraqlıların fəal olduğu Şimali Vəziristanda yerləşir.

Daily News qəzeti ölən və xəsarət alanların yaraqlılar olduğunu xəbər verir.

Bu son 2 gün ərzində bölgədə keçirilən ikinci belə əməliyyatdır.
XS
SM
MD
LG