Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 06:17

Toqo Afrika Kubokunda iştirak etmək qərarına gəlib


Toqonun milli futbol komandası sonda Anqolada keçirilən Afrika Kubokunda iştirak etmək qərarına gəlib.

Bu barədə Frans Press agentliyi xəbər verir.

Separatçılar ötən cümə günü Anqolanın Kabinda əyalətində futbolçuların avtobusuna hücum ediblərş

Nəticədə 3 nəfər-məşqçinin köməkçisi, komandanın mətbuat katibi və sürücü ölüb, 1 futbolçu da daxil olmaqla azı 7 nəfər isə yaralanıb.

Toqo hökuməti hadisədən sonra komandanı geri çağırsa da, oyunçular ölmüş yoldaşlarının xatirinə görə turnirdə iştirak etmək qərarına gəlib.

Afrika Kubokuna bu gün start verilir.

Toqoda 3 günlük matəm elan edilib.
XS
SM
MD
LG