Keçid linkləri

2025, 12 İyul, şənbə, Bakı vaxtı 07:49

Qar uçqununa düşənlərdən daha 3-nün meyiti tapılıb


Kabardin-Balkarda qar uçqununda ölmüş daha 3 alpinistin meyiti tapılıb.

İnterfaks agentliyi Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadla meyitlərin Bezenqi vadisindən tapıldığını xəbər verir.

Bir alpinistin taleyi isə hələlik bəlli deyil.

Dünən bu dağ vadisində qar uçqununa 9 alpinist düşüb.

Özlərini xilas edə bilən 4 nəfər, sonradan yoldaşlarından birinin cəsədini də tapıblar.
XS
SM
MD
LG