Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:37

Tehran yeni sanksiyalara boyun əyməyəcəyini deyir


İran prezidenti Mahmud Əhmədinejad bu gün bir daha bəyan edib ki, yeni beynəlxalq sanksiyalar İranı nüvə proqramından dönməyə məcbur edə bilməyəcək.

Wall Street Journalın yazdığına görə Birləşmiş Ştatların Maliyyə Nazirliyi İran İslam İnqilab Qvardiyasına məxsus bir sıra şirkətlərlə maliyyə əməliyyatlarına məhdudiyyətlər qoymağı planlaşdırır.

İran İslam İnqilab Qvardiyası böyük hərbi təşkilat olmaqla yanaşı, həm də aktiv iqtisadi fəaliyyətlə məşğuldur.

Qərb ehtiyat edir ki, İran nüvə proqramından nüvə silahlarının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG